BƏT nümayəndəsi ilə görüş

post-img

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Beynəlxalq Əmək Təşki­latının (BƏT) Layiqli əmək üzrə Texniki Dəstək Qrupunun müəssisələrin inkişafı və yaşıl iş yerləri üzrə baş mütəxəssisi Kristina Martinezlə görüş keçirilib.

Nazir müavini Anar Əliyev ölkəmiz­də əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlarda BƏT-lə əməkdaşlığa xüsusi önəm verildiyini diqqətə çatdırıb. Ötən dövrdə Azərbay­canın BƏT-in 60-dək Konvensiyasına qoşulduğu, BƏT-lə birgə Layiqli Əmək üzrə iki Ölkə Proqramının uğurla icra edildiyi, növbəti proqram layihəsinin hazırlandığı qeyd edilib. Azərbaycanın COP29-a evsahibliyi edəcəyi vurğula­nıb. COP29-un BƏT-in gündəliyini daha irəli aparmaq üçün də önəmli platforma olacağı bildirilib.

K.Martinez Azərbaycanın BƏT-lə fəal əməkdaşlığının, uğurlu birgə layihələrin BƏT tərəfindən rəğbətlə qarşılandığını bildirib. Görüşdə ətraf mühitin dayanıqlı­ğına doğru genderə həssas ədalətli keçi­din təşviqi məsələlərinə, bu istiqamətdə tərəfdaşlığın və əməkdaşlığın genişlən­dirilməsinə dair fikir mübadiləsi aparılıb.

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat