DOST Müşahidə Şurasının iclası

post-img

DOST Agentliyinin Müşahidə Şura­sının növbəti iclasında şuranın sədri, /Əmək və əhalinin sosial müdafiəsi na­ziri Sahil Babayev Dayanıqlı və Opera­tiv Sosial Təminat Agentliyinin 7 DOST mərkəzi, 1 DOST filialı və 1 “Smart DOST” məntəqəsi ilə ötən dövrdə 2 mil­yon 800 mindən çox vətəndaşa xidmət göstərdiyini, vətəndaş məmnunluğunun 98,2 faiz təşkil etdiyini qeyd edib. 

Nazir DOST konsepsiyası sayəsində Azərbaycanda dövlət sosial xidmətlərinin müasir və çevik, tam şəffaf mexanizmlər üzərindən, “bir pəncərə”dən, innovativ əsasda təqdim edildiyini vurğulayıb. O bildirib ki, Regional DOST infrastrukturu­nun qurulması ilə bütün ölkə əhalisi bu xidmətlərlə tam əhatə olunacaq. Hazırda respublikanın bir sıra bölgələrində DOST mərkəzlərinin açılması üçün hazırlıq iş­ləri aparılır.

İclasda Azərbaycanın uğurlu sosial islahat nümunəsi olan DOST modelinin beynəlxalq səviyyədə də yüksək qiymət­ləndirildiyi və ötən dövrdə agentliyin bir çox beynəlxalq mükafat və sertifikatla təltif edildiyi vurğulanıb. Qeyd olunub ki, hazırda bır sıra ölkələr DOST təcrübəsi­ni öyrənərək onu tətbiq etməyə maraq göstərir və bu sahədə həmin ölkələrlə təcrübə mübadiləsi aparılır.

İclasda “Konsolidə edilmiş Maliyyə Hesabatları və Müstəqil Auditor Hesa­batı” qəbul edilib. Agentliyin fəaliyyəti ilə bağlı 2024-cü il üzrə yarımillik hesabat da təqdim olunub.

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat