Narkotik vasitələr və çətənə kolları aşkarlanıb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyulun 10-da ümumi çəkisi 7,6 kiloqrama yaxın narkotik vasitə, həmçinin kultivasiya yolu ilə yetişdirilmiş 538 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.

Məlumatı DİN mətbuat xidməti verib. 

Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Hunanlar kəndi ərazisində yabanı bitmiş 670 kiloqram çəkidə 2322 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.  

P.ƏMİRCANOV
XQ

Sosial həyat