Suraxanı və Sumqayıtda oğurluq edənlər saxlanılıb

post-img

Suraxanı RPİ 31-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə iyulun 8-də Yeni Suraxanı qəsəbəsində evlərin birindən 12.100 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən H.Bağırov müəyyən olunaraq saxlanılıb. 

Məlumatı DİN mətbuat xidməti verib.  

Sumqayıt şəhəri ərazisində yerləşən istirahət mərkəzində bir nəfərin içərisində 4300 manatı olan pulqabısının oğurlanması barədə polisə məlumat daxil olub. Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən E.Məmmədov, K.Hacıyev, S.Şahməmmədov və əvvəllər məhkum olunmuş Ə.Məmmədov müəyyən olunaraq saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır.

P.ƏMİRCANOV
XQ

Sosial həyat