Nizami RPİ 24-cü Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini bir nəfərin onu aldadaraq hesabından 1835 manat pul ödətdirməsini bildirib. Məlumatı DİN mətbuat xidməti yayıb.
Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən əvvəllər də eyni əmələ görə məhkum olunmuş T.Salahov müəyyən olunaraq saxlanılıb.
Binəqədi RPİ-nin 7-ci Polis Bölməsinə isə bir qadının 1000 manat, 1000 ABŞ dolları pulunun və geyim əşyalarının aldadılaraq alınması barədə müraciət daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq əməlini törətməkdə şübhəli bilinən V.Qəmbərov müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ