Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktik tədbirləri davam etdirirlər. Məlumatı DİN mətbuat xidməti verib.
İyulun 10-da paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 tüfəng təhvil götürülüb.
Keçirilən əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 patron darağı və 4 ədəd patron aşkar edilərək götürülüb.
Polis əməkdaşları bu istiqamətdə qətiyyətli mübarizə tədbirlərini davam etdirirlər.
P.ƏMİRCANOV
XQ