Taksilərin yolu “Avro-5”-ədir

post-img

İyulun 1-dən taksi minik av­tomobillərinin “Avro-5” ekoloji standartına uyğunluğu ilə bağlı tələb qüvvəyə minib. Bu, Na­zirlər kabinetinin təsdiq etdiyi “Müntəzəm və taksi minik avto­mobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat va­sitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”də əksini tapıb.

Tələblərə görə, dövlət qeydiyyat şəhadətnaməsində göstərilən buraxılış tarixindən 8 ildən artıq müddət keçmiş avtonəqliyyat vasitəsinə “Avtomobil nəqliyyatı haqqında” qanunla müəyyən edilən buraxılış kartı verilməyəcək.

Dövlət qeydiyyat şəhadətnaməsin­də göstərilən buraxılış tarixindən 15 ildən artıq müddət keçən avtomobil nəqliyyatı vasitələri taksi minik avto­mobilləri ilə sərnişin daşımalarında is­tifadə oluna bilməz.

Tələblərə görə, taksi minik avtomo­billərinə bütün salonunu əhatə edən və qeydə aldığı məlumatları azı 1 ay müddətində saxlaya bilən yaddaş qur­ğusu ilə təchiz olunan videokameralar quraşdırılmalıdır.

***

Azərbaycanda taksi fəaliyyəti üçün icazə (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 11 min 696-a çatıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) məlumatında daha sonra bildirilib ki, təlim keçən sürücülə­rin sayı isə 24 min 482 nəfər olub.

Qeyd edək ki, bu il martın 28-də Nazirlər Kabineti “Müntəzəm və taksi minik avtomobili ilə sərnişin daşıma­larında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatına dair tələblər”i təs­diqləyib. Tələbə əsasən, sürücülər tak­si fəaliyyəti üçün icazə (“Buraxılış və­siqəsi” və “Buraxılış kartı”) almalıdırlar.



Sosial həyat