Heyrətamiz həşəratlar

post-img

Britaniya Kral Cəmiyyəti hər il olduğu kimi bu il də foto-müsabiqə élan edib.  “Həşəratların həftəsi” adlanan builki müsabiqənin qalibi isə “Yatmış ququ arıları” foto şəklinin müəllifi Luke Chambers olub. Onun çəkdiyi bu heyrətamiz foto rəsmində iki ququ arısı otun üzərində dincələrək, sanki, söhbət edirlər...

Digər bir müsabiqə iştirakçısı Tim Jonasın “Əhliləşdirilmiş böcək sürfələri” fotosu ikinci olub. 17 yaşlı isveçli fotoqraf Qustav Parenmark isə 18 yaşdan aşağı kateqoriyada “Lentli qadın milçəyi” fotosu ilə qalib olub.

Bu heyrətamiz həşəratların foto kolleksiyası onların, həqiqətən, də  təbiətin gözəl və möcüzəvi varlıqları olduğunu göstərir. 

Qeyd edək ki, bütün fotoşəkillərdən Britaniya Kral Cəmiyyətinin icazəsi ilə istifadə edilmişdir. 

S.FİDAN
XQ 

 

Sosial həyat