FHN azyaşlıya kömək edib

post-img

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi ərazisində azyaşlının köməyə ehtiyacı olması barədə məlumat daxil olub. Xəbəri nazirliyin mətbiat xidməti verib. 

Məlumatla əlaqədar dərhal FHN-in Bakı Regional Mərkəzinin xilasediciləri çağırış üzrə cəlb olunub.

Xilasedicilər tərəfindən xüsusi xilasetmə vasitələrinin köməyi ilə həyata keçirilmiş tədbirlər sayəsində ayağı velosipedin pedalı ilə korpusu arasında sıxılıb qalmış 2018-ci il təvəllüdlü azyaşlıya müvafiq köməklik göstərilib.

P.ƏMİRCANOV
XQ

Sosial həyat