49 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 8-də və 9-da ümumi çəkisi 49,4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı DİN mətbuat xidməti verib. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 2,5 kiloqramdan artıq heroin, 45,8 kiloqrama yaxın marixuana, 75 qram tiryək, 1 kiloqramdan artıq metamfetamin, həmçinin 60 ədəd metadon həbi və 23 ədəd kultivasiya yolu ilə yetişdirilmiş çətənə kolundan ibarət olub.

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat