Fransada respublikaçılar Makronun partiyası ilə koalisiyadan imtina ediblər

post-img

Fransa Respublikaçılar Partiyasının rəhbəri Erik Sciotti ölkənin Milli Assambleyasına qarşıdakı seçkilərin nəticələrinə görə Fransa prezidenti Emmanuel Makronun “İntibah” partiyası ilə hakim koalisiya yaratmaq imkanını istisna edib.

Bu barədə o, X sosial şəbəkəsindəki səhifəsində məlumat verib. Xəbəri “Lenta.ru” yayıb. 

“Fransaya bu qədər ziyan vuran bu hökumətlə koalisiyaya girməkdən söhbət gedə bilməz. Makronizm həmişə daha çox vergi, immiqrasiya və daha az təhlükəsizlik deməkdir”, - deyə siyasətçi bildirib.

Bundan əvvəl Fransa Vətənpərvərlər Partiyasının lideri Florian Filippo ölkə partiyalarını yeni parlament seçkilərində vahid blokda birləşməyə çağırıb. Siyasətçi seçkilərdə Makronun irəli sürdüyü qərarlara qarşı çıxacaq Suveren Blok yaradılmasını təklif edib.

P.ƏMİRCANOV
XQ

Dünya