“Ünvanlı yardım”a sənədləşmə yardımı

post-img

Bundan sonra bir sıra arayışlar müvafiq qurumlardan alınacaq

Ünvanlı sosial yardım proqramına müraciət prosedurunun daha da təkmilləşdi­rilməsi üçün “Ünvanlı yardım” elektron sistemi yenidən qurulub. Əmək və Əha­linin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, bundan sonra ünvanlı yardım üçün müraciət edən şəxslərdən daha az məlumat tələb olunacaq. 

Bundan sonra ünvanlı sosial yardım üçün müraciət edənlərdən ailə üzvlərinin pensiya, müavinət, təqaüd, kompensasi­ya, işsizlikdən sığorta ödənişi almaları, əmək haqqı üzrə gəlirlər, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xid­mətdə olmaları, daşınmaz əmlakı, tor­paq pay mülkiyyəti, sahibkarlıq fəaliyyəti, nəqliyyat vasitəsinin olması, kommunal xərcləri, telefon nömrələri və xərcləri, sərhəd keçməsi, cəzaçəkmə müəssisə­sində olması barədə məlumat tələb et­məyə ehtiyac olmayacaq. Eyni zamanda, müraciət edən şəxsdən əlilliyinin olması, əlil şəxsə qulluq etməsi, özünüməşğul­luq proqramı üzrə müqavilənin olması, 3 yaşadək uşağa qulluq etməsi, habelə hamiləlik və doğuma görə məzuniyyətlə əlaqədar ödənişlər alması soruşulmaya­caq.

Bildirilir ki, bu məlumatlar müvafiq qu­rumların informasiya sistemlərindən əldə olunacaq. Şəxsin müraciəti təsdiqləndik­dən sonra məlumatlar müvafiq qurum­lardan sorğulanacaq. Bu da müraciətin texniki xəta olmadan tamamlanmasına imkan yaradacaq. Yardımla bağlı müra­ciəti ilkin ərizə formasında yaddaşda sax­lamaq və sistemə göndərmədən düzəliş etmək imkanı da yaradılıb.

Müraciət zamanı hansı məlumatla­rın daxil edilməli olduğu da infolövhələr­də əks olunacaq. Ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent və sayğac nömrələri, həyətyanı sahə ilə bağlı mə­lumatların və s. “Ərizə-bəyannamə”də düzgün qeyd edilmədiyi aşkarlandıqda da operativ qaydada düzəliş və yenidən baxılma imkanı yaradılacaq. 

Ünvanlı yardımla bağlı müraciət pro­sedurunun asanlaşdırılması məqsədilə yeni “Ünvanlı yardım” e-sisteminə giriş yalnız “Digital (ASAN) Login” üzərindən mümkün olacaq. Bu, yeni e-sistemdən daha təhlükəsiz, texniki xəta olmadan istifadə edilməsinə, ünvanlı yardım üçün vətəndaşların müraciətləri zamanı kənar şəxslərin vasitəçi qismində qanunsuz müdaxiləsinin qarşısının alınmasına da xidmət edir. 

Vətəndaşlar “Digital (ASAN) Login”i digital.login.gov.az portalında elektron qaydada qeydiyyatdan keçməklə əldə edə bilərlər.

Zərifə HÜSEYNOVA
XQ

Sosial həyat