Uşaqlar dünyanın bəzəyidir

post-img

Mayın 31-də Milli Azərbaycan Ədəbiyyatı Muzeyində 1 İyun Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş tədbir keçirildi. Muzeyin “Komparativistika və bədii tərcümələr” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Şəfəq Əlibəyli qonaqları salamlayaraq uşaqların sevimlisi  şair Zahid Xəlil və Rafiq Yusifolunun yaradıcılığı barədə məlumat verdi. Hər iki şairin uşaq ədəbiyyatımızın inkişafındakı xidmətlərindən danışan natiq onların yaradıcılığından nümunələr gətirərək şeirlərinin başlıca xüsusiyyətlərini vurğuladı.

Professor Zahid Xəlil uşaqlar üçün şeir yazmağın çətinliklərindən söz açıb, indiyədək cəmi bir kitab ərsəyə gətirdiyini diqqətə çatdırdı. Hazırda uşaqlar üçün nəsr əsərləri də yazmağa başladığını deyən şair gələcək planların haqqında məlumat verdi, uşaqlara həsr etdiyi şeirini söylədi. 

Professor Rafiq Yusifoğlu da bədii yaradıcılığa lirik şair kimi başalmasından, sonradan uşaqlar üçün də gözəl şeirlər yazdığını dedi. O uşaqlar üçün yazılan şeirlərin müəyyən yaş dövrlərinə uyğun yazılmasının vacibliyindən danışdı, tədbir işrirakçılarına şeirlərini söylədi.

Bakı şəhərində fəaliyyət göstərən məktəblərin şagirdləri hər iki şairin yaradıcılığından nümunələr səsləndirdilər.

Axırda tədbirdə fərqlənən şagirdlərə təşəkkürnamələr təqdim edildi. Sonda şair Rafiq Yusifoğlu öz ilə gətirdiyi 60-a yaxın jurnalı uşaqlara hədiyyə etdi.   

XQ

Sosial həyat