Nüsrət Süleymanov: İqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün mina problemini həll etməliyik

post-img

“Azərbaycan minatəmizləmə sahəsində böyük təcrübə yığıb və yığmağa davam edir. Biz bu təcrübəni eyni problemdən əziyyət çəkən digər ölkələrlə bölüşməyə hazırıq. Həmin təcrübəni əldə etmək bizə baha başa gəldi”.

Bu fikirləri Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsi müdirinin müavini Nüsrət Süleymanov “Minaların ətraf mühitə təsirinin azaldılması: Təhlükəsiz və yaşıl gələcək üçün resursların səfərbər olunması” mövzusunda III Beynəlxalq Minatəmizləmə Konfransının yekununda çıxışı zamanı deyib.

“Minalar və partlamamış hərbi sursatlar milliyyətindən asılı olmayaraq insanların həyatlarına son qoyur. Onlar su və torpaq resurslarına ciddi təhdiddir. Dünyada konfliktlərin artdığı bir vaxtda biz birlikdə müharibələrin fəsadlarına qarşı mübarizə aparmalıyıq. Həmin fəsadlardan ən mənfuru minalardır.

Məlumdur ki, bu il Azərbaycanda COP29 konfransı keçiriləcək. Biz bu konfransda iqlim dəyişikliyi məsələsi ilə yanaşı, mina problemini də qaldırmağı özümüzə borc bilirik. İqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək üçün mina problemini həll etməliyik”.



Siyasət