May ayında doğulmuş şəhidlər

post-img

Naxçıvanda bu ildən gerçəkləşdirilən ənənəyə uyğun olaraq, növbəti dəfə may ayında doğulmuş şəhidlərin xatirəsi ehtiramla anılıb. 

“Naxçıvan Şəhid Ailələri” İctimai Bir­liyinin təşkilatçılığı və Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respubli­kası Prezidentinin Səlahiyyətli Nümayən­dəliyinin dəstəyi ilə keçirilən tədbirdə dövlət və hökumət rəsmiləri, şəhid ailələ­ri, qazilər, ictimaiyyət nümayəndələri və tələbə-gənclər iştirak ediblər.

Naxçıvan televiziyasının doğum günü may ayında olan şəhidlərlə bağlı hazırla­dığı videoçarx nümayiş etdirilib. Naxçıvan Dövlət Texniki Kollecinin tələbələri video­çarxda adları çəkilən 39 Birinci və İkinci Qarabağ müharibəsi şəhidinin portretləri ilə səhnəyə çıxıblar.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli şəhidlərimizin doğum günlərini xalqımı­zın daim xatırlayacağı önəmli tarix kimi dəyərləndirib. 

Mərasimdə şəhid mayor Elbrus Əh­mədovun atası Səmrəddin Əhmədov və şəhid baş leytenant Zülfü Rzayevin anası Mehparə Rzayeva çıxış edərək Azərbay­canı yenidən bütövləşdirib dünyaya tanı­dan övladlarının xatirəsininə göstərilən ehtirama görə razılıqlarını bildiriblər.

Sonda Naxçıvan Dövlət Universite­tinin tələbə teatr studiyası və “Belkanto” vokal qrupunun şəhidlərin xatirəsinə həsr etdikləri bədii kompozisiya təqdim olunub.

Səbuhi HƏSƏNOV, 
XQ-nin bölgə müxbiri

Sosial həyat