Ali Məclisin plenar iclası

post-img

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaz sessiyasının növbəti plenar iclası keçirilib.

Deputatlar və ekspertlər “Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə seçkilər haqqında” Naxçıvan Muxtar Res­publikasının Qanununda dəyişiklik edil­məsi barədə” Naxçıvan Muxtar Respubli­kası Qanununun layihəsi (birinci oxunuş) və “Naxçıvan Muxtar Respublikasının 2023-cü il büdcəsinin icrası haqqında” Naxçıvan Muxtar Respublikası Qanunu­nun layihəsi (birinci oxunuş) müzakirə ediblər.

Ali Məclisin sədr müavini Anar İbra­himov gündəlikdə duran hər iki məsələ barədə ayrı-ayrılıqda məlumat verib. Ali Məclisin Hüquq siyasəti komitəsinin sədri İsmayıl Qəribli birinci Qanun layihə­si barədə təmsil etdiyi komitənin rəyini bildirib. Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Əj­dər Əliyev, deputat Yeganə Məmmədova, Ali Məclis Aparatının Qanunvericilik və hüquq məsələləri şöbəsinin müdiri Cəlil Rüstəmov birinci qanun layihəsi ətrafında çıxış ediblər. Sonra qanun səsə qoyula­raq birinci oxunuşda qəbul olunub.

Gündəlikdə duran ikinci məsələ ilə bağlı Ali Məclisin İqtisadi siyasət komitə­sinin sədri İsa İsayev qanun layihəsi barə­də təmsil etdiyi komitənin rəyini diqqətə çatdırıb. Azərbaycan Respublikası He­sablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsinin rəisi Hafiz İsmayılbəyli, Naxçıvan Muxtar Respubli­kası maliyyə nazirinin müavini, Həsən İs­mayılov, deputatlardan Hüseyn Bağırsoy­lu, Ehtimad Məmmədov, Elman Cəfərli və Əmir Babayev sual, fikir və təkliflərini səsləndiriblər.

Səbuhi HƏSƏNOV, 
XQ-nin bölgə müxbiri

Son xəbərlər