Əmək yarmarkası

post-img

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Naxçıvan şəhəri və Babək rayonu üzrə 40-dan çox işəgötürənin iştirakı ilə əmək yarmarkası təşkil edib.

Məşğulluq aksiyasında işsiz və işax­taran şəxslərə Naxçıvan şəhəri və Babək rayonu üzrə 16 dövlət müəssisəsindən 190-dan artıq, 25-i özəl müəssisədən 90-dan çox olmaqla 41 işəgötürən tərə­findən, 280-dən çox vakansiya yarmarka­da işaxtaran və işsiz vətəndaşlara təqdim olunub. Vakansiyalar üzrə müraciət edən işsiz və işaxtaran şəxslərdən CV-lər qə­bul edilərək nəzərdən keçirilib. Onların həmin vakansiyalar üzrə məşğulluqları­nın təmin edilməsi üçün işlərə başlanıb.

Yarmarkada işsiz və işaxtaran şəxs­lərə agentliyin fəal məşğulluq tədbirləri barədə də məlumat verilib, müraciət edən şəxslərlə ilkin sorğular aparılıb.

Səbuhi HƏSƏNOV, 
XQ-nin bölgə müxbiri

Sosial həyat