“Azexport”un iş adamları ilə görüşü

post-img

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu “Azexport” portalının rəhbəri elektron ticarət biliklərinin sahibkarlara çatdırılması məqsədilə Naxçıvan Biznes Mərkəzində görüş olub. 

30-a yaxın sahibkarın iştirak etdiyi tədbirdə “Azexport” portalının rəhbəri Ayxan Qədəşov sahibkarlara bu resursun imkanlarına dair məlumat verərək onları əməkdaşlığa dəvət edib. O, portalın funk­sionallığı, Azərbaycan istehsalçıları barə­də vahid məlumat bazasının işləmə prin­sipi, eyni zamanda, portalın ixracatçılara təklif etdiyi əlavə imkanlardan bəhs edib, həmçinin Azexport.az-a inteqrasiya olun­muş milli və beynəlxalq ödəniş sistemlə­ri, nəqliyyat və logistika xidmətləri, real rejimdə tərcümə xidməti və Azərbaycan məhsullarının beynəlxalq ticarət platfor­malarında yerləşdirmə imkanları barədə geniş məlumat verib. 

Sonra mövzu ilə bağlı sahibkarlarla müzakirələr aparılıb.

Səbuhi HƏSƏNOV, 
XQ-nin bölgə müxbiri

Son xəbərlər