Sahibkarlara güzəştli kredit

post-img

İlin əvvəlindən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən 18 sahibkar İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun güzəştli kreditlərindən yararlanıb.

Fonddan bildirilib ki, sahibkarların layihələrinin maliyyələşdi­rilməsinə, ümumilikdə, 907 min manat güzəştli kredit ayrılıb. La­yihələrin icrası nəticəsində 39 yeni iş yerinin yaradılması nəzərdə tutulub. Ötən ilin fevral ayından Sahibkarlığın İnkişafı Fondunun güzəştli kredit mexanizmi Naxçıvanda fəaliyyət göstərən sahib­karlıq subyektlərini də əhatə edir.

Səbuhi HƏSƏNOV, 
XQ-nin bölgə müxbiri

İqtisadiyyat