Regional sığorta forumu

post-img

Azərbaycanda ilk dəfə Naxçıvan şəhərində I Regional Sığorta Forumu keçirilib.

Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinə həsr olunmuş forum­da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli sığorta sahəsində beynəlxalq təcrübələ­rin Naxçıvana gətirilməsinin zəruriliyini diqqətə çatdırıb. Səlahiyyətli nümayəndə qeyd edib ki, Azərbaycanın və onun ayrıl­maz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının gələcək inkişafında sı­ğortanın rolu danılmazdır. Hazırda Nax­çıvanda fəaliyyət göstərən şirkətlər daha çox klassik sığorta növlərinin təbliği və tətbiqinə üstünlük verirlər. Lakin günümü­zün reallıqları yeni sığorta növlərinin tət­biqini və ictimai marağın təşkil olunmasını zəruri edir. 

Azərbaycan Respublikası Mərkəzi Bankının Baş direktoru Ziya Əliyev bildirib ki, ilk dəfə bu il sentyabr ayında muxtar respublikada sığorta maarifləndirilməsi sahəsində geniş bir layihəyə start verilə­cək. İlk dəfə Naxçıvanda Sığorta festivalı təşkil olunacaq. İcbari Sığorta Bürosunun İcraçı direktoru Rəşad Əhmədov, Azər­baycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru Elmar Mirsalayev, Azər­baycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsi­nin sədri Elçin Əliyev forumda müzakirə edilən məsələ ilə bağlı mülahizə və təklif­lərini söyləyiblər.

Forum çərçivəsində Naxçıvan Muxtar Respublikasında nümayəndəliyi fəaliy­yət göstərən sığorta şirkətlərinin iştirakı ilə “Sığortada hadisələrin tənzimlənmə­si”, “Risklərin idarə edilməsində sığorta­nın rolu: Niyə sığortalanmalıyıq?”, “Re­gionun riskləri: Hansı sığorta növlərinə müraciət edilməlidir?”, “Həyat riskləri və həyat sığortaları: Necə faydalanmaq olar?” və “Sığorta xidmətlərinə əlçatan­lıqda elektron vasitələrin yaratdığı üstün­lüklər” mövzularında panel müzakirələr təşkil olunub.

Səbuhi HƏSƏNOV, 
XQ-nin bölgə müxbiri

Son xəbərlər