Ümummilli liderin ekoloji irsi

post-img

Batabat Astrofizika Rəsədxanasında “Azərbaycanda ətraf mühitin qorunmasında ümummilli lider Heydər Əliyevin rolu” mövzusunda konfrans təşkil edilib. 

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin, Naxçıvan Dövlət Universitetinin, Muxtar Respublika Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Həmkarlar İttifaqları Şurasının təşkilat­çılığı ilə keçirilən ekoloji məclis Ümummil­li liderin anadan olmasının 101-ci ildönü­münə, Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illiyinə, “Yaşıl dünya naminə həmrəylik ili”nə və COP29-a həsr olunub.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli konfransın işinə uğur arzulayaraq bildi­rib ki, ulu öndər Heydər Əliyev ölkəmizə hər iki rəhbərliyi dövründə ekoloji taraz­lığın qorunması istiqamətində kompleks tədbirlər həyata keçirib, ətraf mühitin mühafizəsi sahəsində əsaslı dönüş ya­radılıb. Ölkəmizdə bu sahədə fəaliyyəti tənzimləyən dövlət qurumları yaradılıb, eyni zamanda təkmil qanunvericilik baza­sı formalaşdırılıb. 

Səlahiyyətli nümayəndə vurğulayıb ki, Prezident İlham Əliyevin siyasi iradəsi və beynəlxalq nüfuzu sayəsində Azərbaycan COP29 çərçivəsində iqlim dəyişikliyi ilə mübarizə işinə mühüm töhfələr verəcək. Bu gün Azərbaycan Prezidenti tərəfindən görülən işlər və ölkəmizdəki mövcud qa­nunvericilik sistemi ətraf mühitin müha­fizəsi sahəsində sistemli tədbirlərin icra­sına imkan verir. 

Naxçıvan Dövlət Universitetinin rekto­ru Elbrus İsayev, Naxçıvan Muxtar Res­publikası ekologiya və təbii sərvətlər na­zirinin müavini Xanlar Mustafayev, Muxtar Respublika Həmkarlar İttifaqları Şurası­nın sədri Qəzənfər Abdullayev, AMEA-nın müxbir üzvü, Torpaqşünaslıq və Aqro­kimya İnstitutunun baş direktoru Əlövsət Quliyev, biologiya üzrə fəlsəfə doktoru Elsevər Əsədov, AMEA-nın həqiqi üzvü Tariyel Talıbov digər çıxış edənlər mövzu ilə bağlı aktual məsələləri gündəmə gə­tiriblər.

Konfrans bədii hissə ilə davam edib. Batabat ərazisində təmizlik aksiyası da keçirilib.

Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sosial həyat