Baş Prokurorluğun ekoloji konfransı

post-img

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi ilə əlaqədar həyata keçirilən silsilə tədbirlərin davamı olaraq mayın 30-da Gəncədə “Ekoloji hüquqpozmalar: maariflənmə və qanunvericiliklə nizamlanma” adlı işgüzar konfrans keçirilib. 

Baş prokurorun müavini Heydər Məmmədov müasir Azərbaycan döv­lətinin memarı və qurucusu, dahi lider Heydər Əliyevin rəhbərliyi ilə ölkə əra­zisində ekoloji mühitin sağlamlaşdırıl­ması, ətraf mühitin mühafizəsi, eləcə də paytaxtda və respublikamızın bütün bölgələrində yaşıllaşdırma işinə xüsu­si önəm verildiyini qeyd edib. Heydər Məmmədov çıxış zamanı prokurorluq orqanları tərəfindən digər dövlət qu­rumları ilə birgə respublika ərazisində ətraf mühitin sağlamlaşdırılması, yaşıl­lıqların bərpası və artırılması, su ehti­yatlarından və dayanıqlı enerji mən­bələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində kompleks işlərin həyata keçirildiyini vurğulayıb. 

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühi­tin qorunması, iqlim dəyişmələrinin qarşı­sının alınması işinə töhfə verdiyini, apa­rılan kompleks tədbirlərin Gəncə şəhəri ərazisində də davam etdirildiyini diqqətə çatdırıb. 

Tədbirdə aktual mövzular üzrə çıxış­lar edildikdən sonra dövlət qurumları ilə qeyri-hökumət təşkilatları və media ara­sında “Yaşıl dünya naminə” səmərəli mü­zakirələr aparılıb, təkliflər ətrafında fikir mübadiləsi edilib.

Hamlet QASIMOV,
XQ-nin bölgə müxbiri, 

Gəncə

Sosial həyat