“Gənc arıçı”lar təlim keçirlər

post-img

“Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə 2021-ci ildən etibarən həyata keçirilən “Gənc arıçı” layihəsinin növbəti mərhələsi Qəbələ rayonunda davam edir.

Bu il Qəbələ rayonunda keçirilən “Gənc arıçı” layihəsi çərçivəsində ilkin mərhələ olaraq layihənin seçimləri baş tutub. Layihəyə qatılmaq üçün Qəbələ və ətraf rayonlardan 50-dən çox müraciət qəbul edilib. Onlardan 39-u iştirak üçün uyğun hesab edilərək seçim mərhələsinə dəvət alıb. Seçim turunda 20 gənc ailə layihədə iştirak hüququnu qazanaraq tə­limlərə cəlb olunub.

Gənc arıçılar 2024-cü il mayın 22-dən etibarən Qəbələ rayonunda keçirilən üç mərhələdən ibarət bir aylıq təlim müddə­tində nəzəri və praktiki biliklər əldə edə­cək, təlim müddətini tamamladıqdan son­ra arıçılıq təsərrüfatı üçün lazım olan arı ailəsi və pətəkləri, arıçı geyimi, balsüzən aparat və digər lazımi ləvazimatlarla tam təchiz olunacaqlar. Növbəti mərhələdə isə iştirakçılara istehsalat prosesini effek­tiv icra etmələri üçün lazımi şərait yara­dılaraq arı ailələrinin paylanması həyata keçiriləcək.

XQ

Sosial həyat