Xolesterin – nə gəldi yeməyin

post-img

Yüksək xolesterin insult və infarktların yaranma səbəbidir. Orqanizmə özü xolesterin hasil etsə də qida ilə 15 faiz xolesterin daxil olur. Rusiyalı kardioloq Konstantin İvanov xolesterini reabili­tasiya etməyin vacibliyindən danışıb. 

Həkim bildirib ki, orqanizmi xolesterinsiz təsəvvür etmək mümkün deyil. Bizim hüceyrələrimizin qoruyucu membranı məhz xolesterindən qurulur. Xolesterin bədəndəki hər bir hüceyrə üçün vacibdir. Ancaq norma səviyyəsindən yuxarı olanda zərər verir.

Qan testlərində xolesterin üçün HDL və LDL adlanan iki dəyər önə çıxır. Yaxşı xolesterin kimi tanınan HDL toxumalarda olan xolesterini toplayaraq bədəndən atılmasını təmin edir. Pis hesab edilən LDL isə xolesterini toxumalara daşıyır və damarların divar­larında toplanır. Yalnız pis xolesterin deyil, həm də yaxşı xolesterin səviyyələrinə nəzarət edilməlidir.

Qidalanma zamanı müəyyən qaydalara diqqət yetirmək və aktiv həyat tərzi keçirməklə xolesterini balansda saxlamaq müm­kündür. Xolesterin cinsi və digər hormonları sintez edir. Əgər qan müayinəsində ümumi xolesterinin normadan yuxarı həddə olduğu görünürsə, bu heç də təhlükəli deyil. Qidaya diqqət etməklə bu problemi aradan qaldırmaq olar.

Dietoloqlar bəzən xolesterin səviyyəsini salmaq üçün çoxlu qadağalar qoyur, hətta yumurta ilə yağı da rasiondan çıxarmağı tövsiyə edirlər. K.İvanov isə zərərli xolesterini salmaq üçün avo­kado, balıq, paxlalılar, toxumlar, qoz və zeytun yağının qəbulunu məsləhət bilir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat