Aranda yağmursuz, dağlarda yağış və duman...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, mayın 30-da Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Cənub-şərq küləyi əsəcək. Gecə 15-20°, gündüz 26-31° isti olacaq. 

Atmosfer təzyiqi 760 mm civə sütunu, nisbi rütubət gecə 65-75, gündüz 45-50 faiz olacaq. Azərbay­canın rayonlarında əksər rayonlarda əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq və dağətəyi ra­yonlarda arabir yağış yağacağı göz­lənilir. Qısamüddətli leysan xarak­terli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu 15-20°, gündüz 28-33°, bəzi yerlərdə 35°, dağlarda gecə 7-12°, gündüz 14-19° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya