3 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

post-img

Bu günlərdə polis əməkdaşları narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı daha bir  əməliyyat keçiriblər. Məlumatı DİN mətbuat xidməti yayıb.

Məlumata görə, əməliyyat nəticəsində ümumi çəkisi 3,3 kiloqramdan artıq narkotik vasitə, həmçinin 114 ədəd preqabalin və ekstazi həbləri aşkar olunaraq götürülüb. 

Bu istiqamətdə mübarizə tədbirləri davam etdirilir. 

P.ƏMİRCANOV
XQ

Sosial həyat