ATU rektoru professor Gəray Gəraybəyli Almaniyadan qonaqlarla görüşüb

post-img

Azərbaycan Tibb Universiteti (ATU) Avropanın qabaqcıl tibb müəssisələri və ali məktəbləri ilə əməkdaşlıq münasibətlərini genişləndirməkdə maraqlıdır. Bu fikir ATU-nun rektoru professor Gəray Gəraybəylinin Almaniyadan olan qonaqlarla  görüşündə səslənib.

ATU-nun rektoru professor Gəray Gəraybəyli Köln Universitetinin Professoru, Köln-Weyertal Xəstəxanasının Ginekologiya və Mamalıq şöbəsinin direktoru, Dr med. Thomas Römer və xəstəxananın aparıcı həkimi, Witten-Herdekce Universitetinin dosenti Elvin Piriyevlə görüşündə universitetin iştirak etdiyi beynəlxalq tərəfdaşlıq layihələrindən söz açıb. ATU məzunlarının rezidentura təhsili üçün daha çox müraciət etdiyi ölkələrdən birinin Almaniya olduğunu qeyd edən rektor G.Gəraybəyli bu ölkənin tibb təhsili müəssisələri ilə əməkdaşlığın yeni istiqamətlərinin müzakirəyə ehtiyacı olduğunu bildirib.

Görüşdə ATU-nun Beynəlxalq Əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Günel Aslanova iştirak ediblər.





Sosial həyat