Qarabağ və Şərqi Zəngəzurda peşə kursları

post-img

Böyük Qayıdış proqramına uyğun olaraq Dövlət Məşğulluq Agentliyi işğaldan azad olunmuş ərazilərimizin sakinləri üçün peşə kurslarının təşkil olunması işlərini davam etdirir.

Qurumun mütəxəssisləri Qarabağ və Şərqi Zəngəzur üzrə artıq 100-dək şəxsi peşə kurslarına cəlb edib. Onlara kənd təsərrüfatı, tikinti, sənaye, xidmət sahələrində əmək bazarının tələblərinə uyğun peşələr üzrə bilik və bacarıq­lar öyrədilir. 6 aylıq ödənişsiz kursları bitirənlərin işlə təmin olunmasına da dəstək göstəriləcək. Bundan sonra 121 nəfər üçün də belə kursların təşkili nəzərdə tutulur. 

Həmin kurslara DOST mərkəzlərinə, məşğulluq filiallarına müraciət edərək və ya sosial.gov.az saytındakı “Qarabağ və Şərqi Zəngəzurda peşə hazırlığı” bölmə­sindəki linkə daxil olaraq müvafiq formanı doldurmaqla qeydiyyatdan keçmək olar.

Zərifə BƏŞİRQIZI
XQ

Sosial həyat