“Laçın” buraxılış məntəqəsinin qurulması sərhədlərimizin tam bərpası oldu

post-img

Aprelin 23-də “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, bununla da Azərbaycanın dövlət sərhədlərinin tam bərpası tarixi hadisəsinin birinci ildönümü münasibətilə Dövlət Sərhəd Xidməti aparatında, struktur qurumlarında və hərbi hissələrində silsilə tədbirlər keçirilib.

Tədbirlərdə sərhədçilər tərəfindən Laçın–Xankəndi yolunun başlanğı­cında dövlət sərhədindən buraxılış məntəqəsinin qurulması, fəxarət rəm­zimiz olan dövlət bayrağının qaldırıl­ması barədə Prezident, Silahlı Qüv­vələrin müzəffər Ali Baş Komandanı İlham Əliyevə məruzə edilməsi böyük qürur hissi ilə vurğulanıb.

Dövlətimizin başçısının “Laçın–Xankəndi yolunun başlanğıcında döv­lət sərhədindən buraxılış məntəqəsinin qurulması ölkəmizin suveren hüququ­nun və ərazi bütövlüyünün təmin olun­masının ifadəsidir” deməklə bu tarixi hadisəyə yüksək qiymət verməsi tədbir iştirakçılarının diqqətinə çatdırılıb.

“Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin fəaliyyətə başlaması nə­ticəsində Xocalıda və işğal altında olan digər ərazilərdə cinayət törətmiş bəzi terrorçuların saxlanılaraq istintaqa təh­vil verilməsi təmin edilib.

Sonda “Laçın” dövlət sərhədindən buraxılış məntəqəsinin qurulmasının il­dönümünə həsr olunmuş film nümayiş etdirilib.

XQ



Son xəbərlər