Baş prokuror Sabunçuda vətəndaşları qəbul edib

post-img

Aprelin 23-də Baş prokuror Kamran Əliyev Sabunçu rayon prokurorluğunun inzibati binasında Bakı şəhərinin Sabunçu və digər bölgələrdən olan vətəndaşları qəbul edib.

Qəbulda iştirak edən 116 nəfər vətən­daşın müraciətində konkret cinayət işləri­nin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmə­də baxılan cinayət işləri üzrə dövlət ittiha­mının müdafiəsinə dair məsələlərin bila­vasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.

Qəbuldan sonra Kamran Əliyev pro­kurorluq əməkdaşlarına konkret tapşı­rıqlar verib, vətəndaşların müraciətlərinə obyektiv baxılması və qəbulu işinin düz­gün təşkilinə görə tabe prokurorların fər­di məsuliyyət daşıdığını diqqətə çatdırıb, eləcə də prokurorluq orqanlarının fəa­liyyətində müasir informasiya-kommuni­kasiya texnologiyalarının tətbiqini təmin edən “Elektron prokurorluq” informasi­ya sisteminin fəaliyyəti ilə yerində tanış olaraq işin daha da təkmilləşdirilməsi və səmərəliliyin artırılmasına dair təklifləri dinləyib.

Qabil YUSİFOĞLU
XQ

Son xəbərlər