Şəhid leytenant Ülvi Bağırovla vida mərasimi keçirilir

post-img

Şəhidlik zirvəsinə ucalan Azərbaycan Ordusunun zabiti leytenant Bağırov Ülvi Hənifə oğlunun nəşi bu gün doğulub boya-başa çatdığı Salyan rayonuna gətirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 2023-cü il sentyabrın 19-20-də Qarabağ iqtisadi zonasında həyata keçirilən antiterror tədbirləri zamanı ağır yaralanmış Azərbaycan Ordusunun zabiti leytenant Ülvi Bağırov aprelin 7-də müalicə olunduğu tibb müəssisəsində vəfat edib.

Şəhidin nəşi bu gün yaşadığı evə gətirilib. Cənazə namazı qılınaraq vida mərasimi keçirilir və şəhidlərin ruhuna dualar oxunur.

Vida mərasimində şəhidin ailə üzvləri ilə bərabər, Müdafiə Nazirliyinin, rayon icra hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəsmiləri, veteran və qazilər, şəhidin döyüş yoldaşları, rayon ictimaiyyətinin nümayəndələri iştirak edirlər.





Sosial həyat