Polis əməkdaşları qanunsuz saxlanılan odlu silahların könüllü təhvil verilməsi ilə bağlı profilaktiki tədbirləri davam etdirirlər.
DİN mətbuat xidmətinin məlumatına görə, aprelin 6-da və 7-də paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 tüfəng və 17 ədəd müxtəlif çaplı patron təhvil götürülüb.
Qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində də tədbirlər davamlı olaraq həyata keçirilir. Aprelin 6-da və 7-də polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə qanunsuz saxlanılan 1 tapança, 1 tüfəng, 1 patron darağı və 8 ədəd patron aşkar edilərək götürülüb.
P.ƏMİRCANOV
XQ