Rumıniya mətbuatı Naxçıvanda tapılmış qədim amazonların məzarları barədə yazır dərc edilib

post-img

Rumıniya mətbuatında Naxçıvan Muxtar Respublikasının ərazisində qazıntılar zamanı tapılmış qədim amazonların məzarlarının aşkar edilməsin barədə yazı dərc olunub.

AZƏRTAC xəbər verir ki, bu barədə Rumıniyanın “AGERPRES”, “Adevarul” və “Playtech” nəşrləri Britaniyanın The Guardian” qəzetinə istinadən yazıb.

Məqalədə Naxçıvan Muxtar Respublikasının ərazisində aparılmış qazıntılar zamanı qədim amazonların - 4 min il əvvəl yaşamış qadın döyüşçülərinin məzarlarının tapıldığından bəhs edilir.

Bildirilir ki, Naxçıvanda aparılan arxeoloji qazıntılara britaniyalı tarixçi-arxeoloq Bettani Hyuz rəhbərlik edib. Məqalədə qeyd edilir ki, Britaniya arxeoloqları tərəfindən Naxçıvan tunc dövrünə aid məzarların tədqiqi zamanı qədim Yunanıstan əfsanələrində adı çəkilən amazonların mövcudluğunu təsdiq edən artefaktlara rast gəlinib. Həmçinin müəllif diqqətə çatdırıb ki, arxeoloqlar tapılan məzarların dörd min il əvvəl yaşamış Amazon qadınlarına aid ola biləcəyi qənaətindədirlər. Bu da bir daha sübut edir ki, qədim Yunanıstanın mif və əfsanələrinin arxasında həqiqət var.

Vurğulanır ki, Naxçıvanda aşkar edilmiş bəzi skeletlər qadınların ox və yaydan fəal istifadə etdiyini açıq şəkildə göstərir. Belə ki, onların yayı tez-tez çəkməkdən barmaqları əyri olur. Onların sümükləri həyat tərzinə görə formalaşıb.

Sosial həyat