“TikTok” Azərbaycanda iki milyondan çox videonu silib

post-img

“TikTok” platforması 2023-cü il ərzində Azərbaycanda “İcma qaydaları”nı pozan 2 071 243 videonu silib. Bu barədə şirkətin Şərqi Avropa və Mərkəzi Asiya üzrə Kommunikasiya Xidməti bildirib.

Silinən videolardan 903 min 041-i ötən ilin dördüncü rübünə aiddir. Bu, 2023-cü ilin istənilən rübündə silinmiş videoların ən yüksək sayıdır. Videoların 95,8 faizi yayımlandıqdan sonra 24 saat ərzində silinib.

Dünya üzrə isə dördüncü rübdə 176 461 963 video qaydaların pozulması səbəbindən silinib. Bu, rüb ərzində “TikTok” tərəfindən silinən ən yüksək video sayıdır.

Silinmiş videoların 96,7 faizi proaktiv şəkildə silinib. Proaktiv silinmə videonun xəbər verilməzdən əvvəl müəyyən edilməsi və silinməsi deməkdir. Videoların faizi yayımlandıqdan 24 saat ərzində silinib. 8 012 732 canlı yayım isə qanun pozuntularına görə dayandırılıb.

Qeyd olunub ki, bunlarla yanaşı, ötən il dünya üzrə 13 yaşdan kiçik 76 milyon 484 min 236 istifadəçi hesabı silinib.

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat