Baba Vəziroğlu məktəblilərlə görüşəcək

post-img

“Məktəbdə...” layihəsinin növbəti görüşü keçiriləcək.

Bakı Şəhəri üzrə Təhsil İdarəsindən XQ-yə verilən məlumata görə, görüş aprelin 3-də paytaxtdakı 239 nömrəli tam orta məktəbdə baş tutacaq.

İdarə tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı şair, Əməkdar incəsənət xadimi Baba Vəziroğlu olacaq.   

Görüşdə məktəb və müəllimin insan həyatındakı rolu, mənəvi-əxlaqi dəyərlərə hörmət, uşaqlarda özünəinam və özünüinkişaf xüsusiyyətlərinin formalaşdırılması, müəllim-şagird münasibətləri, yeniyetmə və gənclərdə ictimai məsuliyyət hissi və digər maraq doğuran mövzular ətrafında söhbətlər aparılacaq, məktəbliləri düşündürən suallara aydınlıq gətiriləcək.

Layihənin informasiya dəstəyi “Kaspi” qəzeti və “Kaspi.az” saytıdır.

Rizvan FİKRƏTOĞLU
XQ

Sosial həyat