Rusiyalı politoloq: Qərb Ermənistana heç bir təhlükəsizlik zəmanəti verməyəcək

post-img

Təhlükəsizliyin təminatı, ikitərəfli münasibətlər təkcə sırf hərbi komponentlə deyil, həm də siyasi təminatlarla bağlı olan sistemli bir hadisədir.

“Caliber” xəbər verir ki, bu sözləri rusiyalı politoloq Andrey Areşev Ermənistan mətbuatına müsahibəsində deyib. 

Onun sözlərinə görə, təhlükəsizlik təminatları siyasi təminatlardan irəli gəlir.

Təhlilçinin fikrincə, əgər Qərb sırf təhlükəsizlik təminatlarından kənarda qalarsa, bu, o deməkdir ki, Ermənistanla bağlı siyasi məsuliyyəti öz üzərinə götürmək istəyi yoxdur. Lakin onun fikrincə, Ermənistanın Rusiyadan ayrılmasına böyük maraq var, ona görə də Ermənistanın düzgün addım atdığını və Qərblə münasibətlərin dərinləşdiyini göstərmək üçün hər şey edilir.

“Qərb özünün şəxsi anti-Rusiya və anti-İran maraqlarını irəli sürür, ona görə də Rusiyanın reaksiyası daha sərt şərhlər alır. Ona görə də hesab edirəm ki, bütövlükdə Qərb yalan danışmır, bəli, bu görüşdən sonra hansısa iqtisadi üstünlüklər nümayiş etdirmək cəhdi olacaq, amma siyasi təhlükəsizliyə heç bir zəmanət verilməyəcək”, - deyə politoloq qeyd edib.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya