Zeytunun yarpağı da...

post-img

Türkəçarədə şəkərə qarşı is­tifadə edilən zeytun yarpaq­larından, həqiqətən, diabet xəstələri üçün dərman hazırlana bilər. Elmi araşdır­malarla zeytun yarpağı eks­traktında olan pikual, tofaca və şemlalinin antioksidant xassələri sübut olunub. 

Eyni zamanda zeytun yarpağı ekstraktının qlükoza və qlikasiya olunmuş hemoq­lobini, lipid parametrlərini və qaraciyər funksiyasını bərpa etməsi də təsdiqlə­nib.

Bu təcrübədən sonra alimlər zey­tunun metforminlə kombinasiyasının qanda qlükoza səviyyəsini saldığını və qaraciyərin fəaliyyətini normaya yaxın­laşdırdığını sübut ediblər.

Misir, Malayziya və Rusiyadan olan alimlər, həmçinin metforminlə birgə II tip diabet xəstələrinə zeytun yarpağı ekstraktından ibarət preparatın əsas müalicə sxeminə salınmasını tövsiyə edirlər.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat