Naxçıvan şəhidlərininailə üzvləri Şuşada

post-img

Dünən Qarabağ bölgəsinə səfər edən Naxçıvandan gəlmiş şəhid ailələrinin üzvləri Şuşa şəhərində olublar. 

Bu barədə KİV-də dərc olunan xəbərlərdə deyilir ki, şəhid ailələ­rinin üzvləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın zəngin ta­rixi, mədəni irsi, şəhərdə aparılan quruculuq və bərpa işləri ilə tanış olub, Cıdır düzünə gediblər. 

Onlar, həmçinin Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi­ni, Şuşanın tarixi-mədəni abidələrini, Yuxarı Gövhər Ağa məscidini, Şuşa qalasını ziyarət ediblər.

Şəhid ailələri Xocavənd rayonuna da səfər edəcək. Səfər Naxçı­van Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidenti­nin səlahiyyətli nümayəndəliyi tərəfindən təşkil olunub.

XQ

Son xəbərlər