İstiləşmə ömrümüzdən 1 saniyə aparır

post-img

Yaxın bir neçə ildə dünyada hər kəs vaxtının bir saniyəsini itirəcək. Buna səbəb qütb buzlarının əriməsidir. Bu, Yer kürəsinin fırlanması vaxtını dəyişir.

Günlərimizi təyin edən saatlar və dəqiqələr Yerin fırlanması ilə müəyyən edilir. Lakin bu fırlanma sabit deyil. O, Yerin səthində və onun nüvəsində baş verənlərdən asılı olaraq, bir qədər də­yişə bilər. Bu dəyişikliklər dünyada sa­atların artıq saniyələrlə müəyyən edil­məsini göstərir.

İllər keçdikcə zamana çoxlu sa­niyələr əlavə olunub. Lakin uzun müd­dət davam edən yavaşlama prose­sindən sonra Yerin fırlanması onun nüvəsindəki dəyişikliklər səbəbindən hazırda sürətlənir. Bu dəyişikliklərə okean dibindəki proseslər də təsir edir. Son zamanlar qlobal istiləşməyə səbəb olan qalıq yanacaqlarının yandırılması nəticəsində yaranan qütb buzlarının əriməsi də bu hadisəyə səbəb olan amillərdəndir.

FİDAN
XQ

Sosial həyat