Abşeronda yağmursuz, bölgələrdə yağıntılı və dumanlı

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologi­ya Xidmətinin verdiyi məlumata əsasən martın 30-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən, yağmursuz keçəcəyi gözlənilir. 

Lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğ­ru ayrı-ayrı yerlərdə qısamüddətli intensivləşəcəyi, şimşək çaxaca­ğı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Səhər arabir güclənən cənub-qərb küləyi əsəcək, axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 5-10°, gündüz 13-18° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunundan 766 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 75-85, gündüz 55-65 faiz olacaq. 

Azərbaycanın rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Lakin səhər şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi, axşama doğru yağıntıların intensivləşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Bəzi yerlərdə arabir duman olacaq. Ha­vanın temperaturu gecə 4-9°, gündüz 20-25° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya