Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev rayonun Çobanabdallı kənd tam orta məktəbində kənd sakinləri ilə səyyar görüş keçirib. Rayon icra hakimiyyətinin başçısı görüşdə əvvəlcə kənd sakinlərini ilin axır çərşənbəsi münasibətilə təbrik edib və deyib ki, ölkə rəhbərinin tapşırıq və tövsiyələri əsasında respublikamızda aparılan sosial-iqtisadi islahatlar, əhalinin rifah halının yüksəlməsi istiqamətində görülən işlərin tərkib hissəsidir. Bu, dövlət və vətəndaş münasibətlərinin yüksələn xətlə inkişaf etdiyini göstərir. Məhz belə bir uğurlu siyasət ölkəmizdə bütün istiqamətlər üzrə mühüm nailiyyətlər əldə etməsinəimkan yaradır.
Səyyar görüş zamanı bir qrup kənd sakinini dinləyən icra hakimiyyətinin başçısı mövcud problemlərin həlli, o cümlədən Çobanabdallı kəndində suvarma suyu ilə təchizatın yaxşılaşdırılması və digər məsələlərlə bağlı aidiyyəti xidmət sahələrinin rəhbərlərinə və məsul şəxslərə yerində müvafiq tapşırıq və tövsiyələrini verib.
Hamlet Qasımov, XQ-nin bölgə müxbiri,
Samux rayonu.