Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

post-img

Novruz bayramı münasibətilə Abşeron-Xızı Regional Təhsil İdarəsinin rəhbərliyi tabeli təhsil müəssisələrində çalışan şəhid ailə üzvləri olan təhsil işçiləri ilə görüşüb.

 Abşeron rayon və Sumqayıt şəhərlərində keçirilən görüşlərdə Azərbaycan dövlətinin milli-mənəvi dəyərlərin, o cümlədən adət-ənənələrin qorunması ilə bağlı ardıcıl siyasəti qeyd edilib. Həmçinin vurğulanıb ki, Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən siyasi kurs mədəniyyətlərarası dialoqa, qlobal sülhə də mühüm töhfə verir.

Eyni zamanda, bildirilib ki, ölkəmizdə şəhid ailələrinə diqqət və qayğı da dövlətin prioritetləri sırasındadır.

Sonda şəhid ailələrinə bayram sovqatları təqdim olunub.

 







Sosial həyat