İbn Sinanın dirilik cövhəri

post-img

Son vaxtlar sürətlə yayılan üst tənəffüs yolları problemlərindən xilas olmaq elə də asan deyil. Mütəxəssislər bildirirlər ki, öskürək və bəlğəmin qarşısını almaq üçün İbn Sinanın “Əl-qanun fit-tibb” əsərində bəhs etdiyi reseptdən bu gün də faydalanmaq olar.

İstifadə edənlərin sınağından uğurla keçən resept olduqca sa­dədir. Bal, kətan toxumu və zəncəfildən ibarət olan qarışımdan ös­kürəyin çox şiddətləndiyi anlarda bir çay qaşığı istifadə etməklə onu aradan qaldırmaq olar.

Həmin reseptə uyğun məlhəmi hazırlamaq üçün əvvəlcə kətan toxumlarını tavada yaxşıca qovurmaq lazımdır. Bu proses zamanı kətan toxumlarının daxilindəki yağlar üzə çıxacaq. Sonra təbii bal qovrulmuş kətan toxumu ilə qarışdırılmalıdır. Zövqə görə, bu qarışı­ma zəncəfil də əlavə etmək olar.

Zəncəfil və balın birləşməsi yuxarı tənəffüs yollarının infeksiyala­rına səbəb olan virus və bakteriyalarla mübarizə aparmağa kömək edir. Bal boğaza yumşaldıcı təsir göstərir. Kətan toxumu isə öskürəyi kəsir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat