Gündüz yağmursuz və dumanlı, axşam yağıntılı...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologi­ya Xidmətinin verdiyi məlumata əsasən martın 15-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağıntılı olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə arabir duman olacaq. Cənub-şərq küləyi əsə­cək. Gecə 5-7°, gündüz 8-13° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunu, nisbi rütubət 70-80 faiz olacaq. 

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Lakin gecə və axşam bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq ərazilər­də qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehti­malı var. Gecə və səhər arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 10-15° isti, dağlar­da gecə 0-5° şaxta, gündüz 0-5° isti olacaq.

Q. QASIMOV
XQ

Ekologiya