Balanslı və sağlam qidalanmanın hüceyrə zədələnməsinin qarşısını aldığı sirr deyil. Dietoloqlar bəzi qidaların qocalmanın sürətini azaltdığını bildirirlər.
Ümumiyyətlə, mütəxəssislər tövsiyə edirlər ki, qida qəbulunda çərəzlərə (qoz, badam, fındıq, araxis, ərik çəyirdəyi, balqabaq tumu və s.), meyvə-tərəvəzə daha çox üstünlük verilməlidir. Dietoloqların məsləhət bildikləri həmin qidaları gündəlik rasiona daxil etməklə, həm sağlam, həm də gənc qalmaq olar.
Onlar qocalma əleyhinə daha çox təsir edən 13 qidanı açıqlayıblar. Bunlar– su, qoz, avokado, yaşıl çay, alma, üzüm, soğan və sarımsaq, pomidor, yaşıl yarpaqlı tərəvəzlər (ispanaq, brokkoli, kahı və s.), qabıqsız meyvələr (albalı, çiyələk, zoğal, qaragilə, moruq, böyürtkən və s.), tünd şokolad, balıq, və qatıqdır.
Araşdırmalarla sübut edilib ki, qırmızı əti, karbohidratı çox qəbul edən insanlarda qocalma prosesi meyvə-tərəvəzi çox yeyənlərə nisbətən 10 il tez başlayıb.
Z.HÜSEYNLİ
XQ