Düzən bölgələrdə yağış, dağlarda qar yağacaq

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən martın 10-da Bakıda və Abşeron yarımadasında havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir intensivləşəcəyi ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Gecə 3-5°, gündüz 6-8° isti olacaq. 

Atmosfer təzyiqi 763 mm civə sütu­nundan 766 mm civə sütununa yüksələ­cək, nisbi rütubət 80-90 faiz olacaq. Azərbaycanın rayonlarında bəzi yerlər­də arabir yağıntılı olacağı, dağlıq rayon­larda qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimalı var. Gecə və səhər arabir duman olacaq. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 2-6° , gündüz 7-12° isti, dağlarda gecə 2-5°, yüksək dağlıq ərazilərdə 10°-dək şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq. Gecə və səhər bəzi dağlıq əra­zilərdə yolların buz bağlayacağı ehtimalı var. 

Q. QASIMOV
XQ

Ekologiya