Həndəsə və Fizika üzrə Hiperkompleks Sistemlər İnstitutunun direktoru Dmitri Pavlov News.ru-ya bildirib ki, Misirdəki Böyük Sfinksin güman edildiyindən xeyli əvvəl tikildiyini göstərən bir neçə amil var. Onun sözlərinə görə, bu məlumatlar heykəlin fironlar tərəfindən deyil, yüksək inkişaf etmiş sivilizasiyanın nümayəndələri tərəfindən tikildiyini göstərir.
“Misirlilərin Sfinksi necə adlandırdıqları, onun nəyi simvolizə etdiyi və hətta nə vaxt tikildiyi hələ də məlum deyil. Rəsmi məlumatlara görə, o, təxminən 4,5 min il əvvəl Giza yaylasının qalan piramidaları ilə birlikdə inşa edilib. Ancaq bunun əksini göstərən bir neçə amil var. Geoloqların fikrincə, Sfinksin ətrafındakı divarların aşınması onun yağışlı mövsümdə tikildiyini deməyə əsas verir. Bu, təxminən altı-səkkiz min il əvvəl baş verib. Ona görə də, Sfinksi və piramidaları fironlar deyil, daha inkişaf etmiş sivilizasiyanın nümayəndələri tikiblər”, – deyə Pavlov bildirib.
S.ELAY
XQ