Uzaq Sibir qardaşlarımız – Saxa türkləri

post-img

Saxa (yakut) türkləri böyük bir coğrafi ərazidə məskunlaşıblar. Onların sayının 500 min nəfər olduğu təxmin edilir. Saxaların digər türk xalqları ilə mədəni-humanitar əlaqələri mövcuddur. 

Tarixin və taleyin hökmü ilə Sibirin soyuq və uzaq ərazilərində məskunlaşan yakutlar müəyyən assimiliasiyaya məruz qalmalarına baxmayaraq, bütövlükdə öz­lərinin milli-etnik mənsubiyyətlərini, dini inanclarını qoruyub saxlaya biliblər. Saxa Respublikası (Yakutiya) Rusiya Federa­siyasının subyektlərindən biridir. Uzaq Şərq Federal Dairəsinə aiddir. 

1990-cı ildə Yakutiyanın dövlət suve­renliyinə dair akt qəbul edilmişdir. 1991-ci ildə hazırkı adını (Saxa Respublikası) almışdır. Ərazisi 3,2 milyon kvadrat ki­lometrdirdir. Əgər Saxa müstəqil dövlət olsa idi, dünyada ərazisinə görə yeddinci dövlət olardı. 

Saxanın paytaxtı Yakutsk şəhəridir. Saxaların əksəriyyəti ənənəvi yakut di­ninə inanırlar. Ümumiyyətlə, saxa-yakut türklərinin dini inanclarında digər türk xalqları kimi şamanizm indinin özündə də təsirini qoruyub saxlamaqdadır. Hətta assimilyasiyaya məruz qalan yakut türk­ləri arasında belə şamanizm ənənələri özünü göstərməkdədir. 

Görkəmli türkoloq, professor Fər­had Zeynalovun yazdığına görə, bir vaxtlar Lena çayı hövzəsinə kütləvi köç edən türk-sak tayfaları buranın aborigen xalqları ilə qaynayıb-qarışmış, nəticədə saxa-yakut xalqı yaranmışdır. 

Təqdirəlayiq haldır ki, son illər ölkə­miz ilə Saxa Respublikası arasında iqti­sadi, mədəni, humanitar əlaqələr geniş­lənir. 

XQ

Sosial həyat