Qədim dünyanın dəmir ledisi – Tomris xatun

post-img

Azərbaycan tarixinə adını qızıl hərflərlə həkk etmiş igid qadınlarımız çoxdur. Onlardan biri də böyük şairimiz Səməd Vurğunun adını qəhrəman kimi çəkərək tərif etdiyi Tomris – Dəmir üz xatundur. Şair onu: “Anam Tomris kəsmədimi Keyxosrovun başını” – misrası ilə yada salır.

Bu gün torpaqlarımızı düşmən işğalından azad et­miş igid oğullarımızı böyü­düb Vətənə ərməğan etmiş analarımız qarşısında baş əyərək, vaxtilə nəsillərə örnək olan qəhrəman qadınlarımız haqqında da geniş məlumat­lar paylaşmağa borcluyuq. Tomris Xatun tariximizdə ilk qadın hökmdar kimi xatırla­nır. O, Dərbənddən Şirvana qədər uzanan Massaget çar­lığının şahı olub. Massagetlər əvvəlcə Azərbaycan ərazi­sində qədim dövlət olan Mi­diyaya tabe olublar. Mərkəz­ləşdirilmiş Qafqaz Albaniyası yaradılanda isə onun tərki­binə daxil ediliblər.

Tarixi mənbələrin verdiyi məlumata görə, massaget­lər tayfasının şahı dünyasını dəyişdikdən sonra tayfanın başına onun dul qadını Tom­ris Xatun keçir. Qonşuluqda­kı Əhəməni hökmdarı Kir öz elçilərini göndərərək, onunla evlənmək istədiyini bildirir. An­caq Tomris anlayır ki, Kir hiy­lə işlədir, bu yolla Massaget çarlığını ələ keçirmək istəyir. Buna görə də təklifi rədd edir. Belə olduqda Kir massagetlər üzərinə hücuma keçmək qə­rarına gəlir. Hücum Massaget döyüşçüləri yuxuda olarkən baş tutub. Nəticədə farsların hücumu nəticəsində massa­getlərin bir çoxu qətlə yetirilir, bəziləri, o cümlədən Tomrisin oğlu sərkərdə Sparqapis əsir götürülür.

Tomris Kirin yanına çapar göndərərək bildirir: “Qaniçən Kir! Öz hünərinlə öyünmə! Əgər hiylə ilə qələbə çalma­saydın, şərəfli döyüşdə silah gücünə heç nə eləyə bilməz­din. İndi gəl oğlumu qaytar və necə gəlmisənsə, eləcə də sağ-salamat çıx get. Əgər bunu etməsən, and olsun bütün massagetlərin pənahı olan Günəş allahına ki, mən səni qan gölündə boğaram”. Kir buna əhəmiyyət vermir. Tomrisin oğlu isə düşdüyü və­ziyyətə dözə bilməyərək özü­nü öldürür.

Bu gün qədim dünyanın dəmir ledisi kimi tanınan Tom­ris bundan sonra böyük qo­şun toplayaraq farsların üzə­rinə hücuma keçir. Bu, türk tayfalarının düşmənə qarşı ən böyük döyüşü sayılır. Dö­yüş tarixçilər tərəfindən belə təsvir edilir: “Əvvəlcə düşmən qoşunları üz-üzə duraraq, uzaqdan bir-birini oxa tutdu­lar. Sonra nizə və xəncərlə əlbəyaxa döyüşə keçdilər. Nəhayət, massagetlər qələbə çaldılar. Az qala farsların ha­mısı döyüş meydanında hə­lak oldu. Kir öldürüldü. Onun 29 illik hakimiyyətinə son qo­yuldu. Tomris şərab piyaləsini insan qanı ilə dolduraraq, Ki­rin cəsədini tapmağı əmr etdi. Onun başını piyalənin içinə soxaraq dedi: “Mən sağ qal­sam da, sən məni məhv et­din. Sən hiyləgərliklə mənim oğlumu əlimdən aldın. Mən demişdim ki, sənə qan içirdə­cəyəm. İndi nə qədər istəyir­sən, iç bu insan qanından”...

P.ƏMİRCANOV
XQ

Sosial həyat