Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti kiçikhəcmli gəmi istifadəçiləri tərəfindən təhlükəsizlik qaydalarına riayət olunmasının müəyyən edilməsi məqsədilə nəzarət tədbirlərini davam etdirir.
Bu çərçivədə, Kür çayının Mingəçevir və Şirvan şəhərləri ərazisindən keçən hissəsində nəzarət tədbirləri zamanı ümumilikdə 7 qayıq saxlanılaraq, texniki və qeydiyyat sənədləri, təchizat və xilasetmə vasitələri, həmçinin kiçikhəcmli gəmi sürücülərinin sürücülük vəsiqələri yoxlanılıb.
Nəticədə müvafiq tələbləri - sürücülük hüququ olmadan kiçikhəcmli gəmilərin istismarı, illik texniki baxışdan keçmədən nəqliyyat vasitəsinin istismarı, xilasetmə və digər təchizat avadanlıqları olmadan qayıqlardan istifadə qaydalarını pozan kiçikhəcmli gəmi istifadəçisi, Şirvan şəhər sakini Əliyev Rafiq Gülbala oğlu inzibati məsuliyyətə cəlb olunaraq barəsində protokol tərtib edilib və qayıq müvəqqəti saxlanca yerləşdirilib.
P.ƏMİRCANOV
XQ